<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Gerçəkdən bir Nur gəldi İL182</title>
<lyrics>[V1]
 Gerçəkdən bir Nur gəldi bu qaranlıq dünyaya,
 Anlamadı bu Nuru, Həqiqəti qaranlıq.
 Söyüldü, təhqir oldu amansızlıqla İsa,
 Günahkarlar əliylə mismarlandı çarmıxa.

[C1]
   O andaca qaranlıq bürüdü yer üzünü,
   Məbədin də pərdəsi tən ortadan bölündü.
   O qaldırdı çarmıxa dünyanın günahını,
   Mismarladı çarmıxa o qanun lənətini.

[V2]
 Lakin ölsən də, Rəbbim, üçüncü gün dirildin,
 Dirilmənlə düşməni əbədi məğlub etdin.
 Həmən andan insanlar azad oldu lənətdən,
 Həmən andan azadlıq, hürriyyət qazandıq biz.

[C2]
   Sənə iman edənin əbədi həyatı var,
   Sənə iman edənin xeyir-duası boldur.
   Hər şeyi verdi Ata Oğlun ixtiyarına,
   Heç nə Onsuz olmadı, olan oldu Onunla.

[V3]
 Şükürlər söyləyirəm mən Ata Allahıma,
 «Haleluya» deyirəm mən izzətli Ataya!
 Böyük bir məhəbbətlə verdi Oğlun dünyaya,
 Lütf, mərhəmət doldu bu qaranlıq dünyaya.

[C3]
   Ona iman edənin əbədi xilası var,
   Ona iman edənin əbədi həyatı var!
   Verdim ixtiyarımı mən Sənin əllərinə,
   İnanıram, Rəbbimlə azad bir Vətənim var!</lyrics>
<hymn_number>182</hymn_number>
</song>